Türkiyə bu görüntüdən danışır - Video

turkiye-bu-goruntuden-danisir
Oxunma sayı: 7628

Xəbər verdiyimiz kimi, Türkiyədə əsən güclü külək İstanbul da daxil olmaqla, ölkənin bir neçə yerində ciddi fəsadlar törədib.

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, İstanbulda fırtına zamanı bələdiyyə avtobuslarının sürücülərinin xeyirxah davranışı sosial şəbəkələrdə müsbət müzakirələrə səbəb olub.

Belə ki, motosikletli 4 kuryer “15 iyul şəhidlər körpüsü” üzərində fırtına səbəbindən hərəkət etməkdə çətinlik çəkib. Kuryerlərin çətin vəziyyətdə olduğunu görən iki avtobus sürücüsü onları qoruyaraq baş verə biləcək qəzanın qarşısını alıblar.

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. İstanbulun meri Ekrem İmamoğlu da öz növbəsində avtobus sürücülərinin jestini əks etdirən görüntünü paylaşıb və hadisəni “Dost yolda tanınır” deyə şərh edib.

Həmçinin oxuyun: İstanbulda güclü külək saat qülləsini belə aşırdı - Video