Türkiyə bu görüşdən danışır - Fotolar

turkiye-bu-gorusden-danisir
Oxunma sayı: 3212

Türkiyənin müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun “İYİ” partiyasının sədri Meral Akşener və “Gələcək” partiyasının sədri Əhməd Davudoğlu ilə görüşü ölkədə geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, partiyaların yaydığı məlumata görə, sədrlərin görüşü Ankarada şam yeməyi ətrafında baş tutub.

Bildirilir ki, görüşdə ölkə gündəmində olan məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sözügedən görüş ölkənin siyasi və ictimai dairələrində böyük marağa səbəb olub. Xüsusilə də, Akşener və Kılıçdaroğlunun önündə olan qovluqlar diqqət çəkib və oradakı sənədlərin nə ola biləcəyi müzakirə mövzusuna çevrilib.

Qeyd olunur ki, Ə. Davudoğlu ötən həftə K. Kılıçdaroğlu ilə şam yeməyində görüşüb, ardınca isə “İYİ” partiyasının qərargahında Meral Akşeneri ziyarət edib.