Türkiyə cüdoçusu Avropa çempionu oldu

turkiye-cudocusu-avropa-cempionu-oldu
Oxunma sayı: 1927

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən cüdo üzrə Avropa çempionatında türkiyəli idmançı Vedat Albayrak qalib gəlib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, 81 kq çəki dərəcəsində belçikalı rəqibi Mattias Kasseni məğlub edərək çempion olub və qızıl medal qazanıb. 

O, Avropa çempionatındakı ilk görüşündə azərbaycanlı cüdoçu Murad Fətiyevi məğlub edib.