Türkiyə-İran sərhədi açıldı

turkiye-iran-serhedi-acildi
Oxunma sayı: 2440

Türkiyə tərəfindən daha əvvəl açılan, ancaq İranın koronavirusa yoluxma sayındakı artıma görə keçid icazəsi vermədiyi Kapıköy sərhəd-keçid məntəqəsi açılıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Vanı ziyarət edən iranlı millət vəkili Yaqubn Rzazadə bildirib. PCR testi vermis və peyvənd olunmuş şəxslərin sərhədi keçmələrinə icazə veriləcək.

Kapıköylə yanaşı, Gürbulak və Esendərə sərhəd-keçid məntəqələrindən də giriş-çıxış bərpa olunub.