Türkiyə Superkubokunun Azərbaycanda keçirilməsi təklif olundu

turkiye-superkubokunun-azerbaycanda-kecirilmesi-teklif-olundu
Oxunma sayı: 2912

Türkiyə Superkuboku Azərbaycanda keçirilə bilər. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Fotospor” nəşri məlumat yayıb.

Bildirilib ki, AFFA “Qalatasaray” və “Fənərbaxça” arasındakı keçiriləcək matçın Bakıda oynanılması üçün Türkiyə Futbol Federasiyasına müraciət edib.

TFF qarşılaşmanın Samsun və ya Ankarada keçirilməsini planlaşdırsa da, bu təkliflə bağlı iştirakçı klublarla müzakirə aparılacaq.

Qeyd edək ki, Türkiyə Superkuboku dekabrın 29-da Səudiyyə Ərəbistanında keçirilməli idi. Lakin təşkilatçı ölkənin tələbləri səbəbindən görüş təxirə salınıb.