Türkiyə vətəndaşlarının olduğu maşın Beyləqanda kanala aşdı

turkiye-vetendaslarinin-oldugu-masin-beyleqanda-kanala-asdi
Oxunma sayı: 2202

Beyləqanda içində Türkiyə vətəndaşlarının olduğu avtomobil qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 07 radələrində qeydə alınıb. Türkiyə vətəndaşı, 1973-cü il təvəllüdlü Murad Kavaklının idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobil Daşburun-Yuxarı Qarabağ yolunda idarəetmədən çıxaraq yeni tikilən beton su kanalına aşıb.

Nəticədə sürücü ilə yanaşı, digər Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Kamal Çelik, 1995-ci il təvəllüdlü Əmrə Bakıçı və Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Emin Məmmədov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.

Hazırda faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində istintaq davam etdirilir.