Türkiyədə 38 terrorçu zərərsizləşdirildi

turkiyede-38-terrorcu-zerersizlesdirildi
Oxunma sayı: 1264

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalı da daxil olmaqla, son bir həftədə 38 terrorçu zərərsizləşdirib.

“Qafaqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Məlumata əsasən, PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı aparılan əməliyyatların gedişində yanvarın 1-dən bəri zərərsizləşdirilən terrorçuların sayı 646-ya çatıb. Onlardan 268-i İraqın şimalında, 378-i isə Suriyanın şimalında məhv edilib.

Türkiyə daxilində qanunsuz miqrasiya ilə mübarizə məsələsi ilə bağlı qeyd olunub ki, son bir həftə ərzində qeyri-qanuni yollarla Türkiyə sərhədlərini keçməyə cəhd edən 82 nəfər saxlanılıb, 2572 nəfərin sərhədi keçməsinin qarşısı alınıb. İlin əvvəlindən indiyədək qanunsuz yollarla Türkiyə ərazisinə keçməyə çalışanların sayı isə 39 min 412 nəfərə çatıb.