Türkiyədə bayram namazı ilk dəfə belə qılındı - Fotolar

turkiyede-bayram-namazi-ilk-defe-bele-qilindi
Oxunma sayı: 3524

Türkiyədə koronavirus epidemiyası səbəbindən bu il Ramazan bayramı günü ilk yaşanıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bayram namazı sadəcə paytaxt Ankarada Ahmet Hamdi Akseki məscidində qılınıb. Türkiyənin Dini İşlər üzrə İdarəsinin sədri Əli Ərbaş bayram xütbəsini oxuyub.

Məscidə toplaşan ziyarətçilər karantin qaydalarına əməl edərək tibbi maskada olublar. Bayram namazında Ankara valise Vasip Şahin də iştirak edib. Ankaradan fərqli olaraq, İstanbul məscidləri bu gün açılmayıb.

Qeyd edək ki. Türkiyədə məscidlər mayın 29-dan etibarən ibadətə açılacaq.