Türkiyədə güclü yağışdan sonra evləri su basdı - Video

Türkiyədə güclü yağışdan sonra evləri su basdı
Oxunma sayı: 1514

Türkiyədə artıq bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti ölkənin turizm bölgəsi olan Muğla vilayətinin Bodrum və Marmaris rayonlarında böyük fəsadlara səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bölgədə yağan leysan yağışları səbəbindən vilayətin mərkəzi hissələri də daxil olmaqla bir çox ev, iş yerini və əkin ərazilərini su basıb.

Yollarda yaranan irimiqyaslı gölməçələr maşınların və piyadaların hərəkətində çətinliklər yaradıb. Dağlıq bölgələrdə baş verən sürüşmə səbəbindən daş və qaya parçaları yollara tökülüb. Bəzi magistral yollar müvəqqəti bağlanıb.

Hazırda təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır.