Türkiyədə güclü zəlzələ oldu

turkiyede-guclu-zelzele-oldu
Oxunma sayı: 2774

Türkiyənin İzmir şəhərinin Menderes səmtində 5,0 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Məlumata görə, yerli saatla 06:24-də qeydə alınan zəlzələnin təxminən 7 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Ətraf vilayətlərdə, xüsusilə İzmirdə hiss edilən zəlzələdə mənfi halın olmadığı vurğulanıb.

AFAD yerli saatla 06.18-də eyni bölgədə 3,8 bal gücündə daha bir zəlzələnin qeydə alındığını açıqlayıb.