Türkiyədə həyəcan siqnalı - “Yer qabığı qırıla bilər”

Türkiyədə həyəcan siqnalı
Oxunma sayı: 4515

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Elazığda baş vermiş 6,8 ballıq zəlzələdən sonra ilk açıqlama verib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, nazir Sivricə ərazisində 4-5 mərtəbəli yaşayış binasının uçduğunu bildirib:

“Hər hansı ölüm hadisəsi olmayıb. 2 vətəndaşımız yaralıdır. 6,8 ballıq zəlzələdən sonra yeraltı təkanlar meydana gəlib. Əlavə məlumat olduqda ictimaiyyətlə paylaşılacaq”.

Zəlzələ ilə bağlı geoloqlar da bəzi ehtimallar irəli sürüblər. Professor Şükrü Ərsoy zəlzələnin qorxulu olduğunu, hətta Yer qabığını qırma ehtimalını irəli sürüb. Onun fikrincə, güclü enerji boşalması olduğu üçün təkrar zəlzələlər meydana gələcək.

Professor Süleyman Pampal isə vəziyyətin heç də ürəkaçan olmadığını qeyd edib:

“Zəlzələ Osmaniyyədə də hiss olunub. Arada çox uzun məsafə var. Vəziyyət çox pis görünür”.

Professor Nazi Görür şiddətli zəlzələ səbəbindən ölüm hallarının baş verəcəyini istisna etməyib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi