Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya uğrayıb.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, “S-70” tipli helikopter Giresunun Alurca mahalının Tohumluk kəndində düşüb.
Helikopterdə əyalətin jandarma rəisi, genral-mayor Mustafa Doğru və xanımı ilə birlikdə 11 nəfərin olduğu bildirilir.
Onların Alurcada bir şəhid ailəsini ziyarətə getdiyi deyilir.
Hadisə nəticəsində 1 əsgərin şəhid olduğu, 2 nəfərin yaralandığı iddia olunur.
Əraziya çoxsaylı təcili tibbi yardım avtomobilləri cəlb olunub.
***
Helikopterdə 8 hərbçi, 4 hərbçi xanımı və 3 hərbçi uşağı olmaqla 15 nəfər olub.
***
“CNN Türk”ün xəbərinə görə, qəza nəticəsində 6 hərbçi şəhid olub, 7 nəfər yaralanıb.
Helikopterin dağıntıları altından xilas olunan polkovnik Ünal Bayhan və bir hərbçinin həyat yoldaşı Alurca dövlət xəstəxanasına yerləşdirilib.





Son xəbərlər
Son Xəbərlər