Türkiyədə iki terrorçu zərərsizləşdirildi

turkiyede-iki-terrorcu-zerersizlesdirildi
Oxunma sayı: 815

Türkiyədə “Eren-13” əməliyyatları çərçivəsində daha iki terrorçu zərərsizləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat Şırnakın Qabar dağı bölgəsində həyata keçirilib.

Nazirlik xatırladıb ki, bundan əvvəl “Eren” əməliyyatı ilə Hakkaridə bir terrorçu zərərsizləşdirilmişdi.