Türkiyədə konsert zamanı partlayış - 6 yaralı + Video

turkiyede-konsert-zamani-partlayis
Oxunma sayı: 5853

Diyarbəkirdə konsert verən gənc müğənni Aleyna Tilkinin çıxışı zamanı partlayış baş verib.

Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, konsert keçirilən restoranda naməlum şəxs əldə düzəldilmiş bomba partladıb. Hadisə nəticəsində 6 nəfərin yaralandığı bildirilib.

Polisdən verilən məlumata görə, yaralanmaya səbəb partlayış deyil izdiman olub.

İfaçı tvitter hesabında “Biz yaxşıyıq dostlar” deyə paylaşım edib.