Türkiyədə mer 2000 sosial şəbəkə istifadəçisini məhkəməyə verdi

turkiyede-mer-2000-sosial-sebeke-istifadecisini-mehkemeye-verdi
Oxunma sayı: 1080

Türkiyənin Bolu şəhərinin meri Tanju Özcan 2000 sosial şəbəkə istifadəçisini məhkəməyə verib.

“Qafqazinfo” “Cumhuriyyet”ə istinadən xəbər verir ki, Tanju Özcanın sosial mediada miqrantlar və ümumilikdə siyasətlə bağlı etdiyi paylaşımları istifadəçilərin kəskin narazılığına səbəb olub və onun ünvanına qarşı qeyri-etik ifadələr səsləndirilib. 

Bunun ardınca mer məsələ ilə bağlı vəkilinə lazımi təlimatlar verib. Vəkilin məlumatına görə isə, Tanju Özcanı sosial şəbəkələrdə təhqir edən 2000 nəfər müəyyən edilib və onlarla bağlı məhkəməyə müraciət edilib.