Türkiyədə silah zavodu yandı - Fotolar

turkiyede-silah-zavodu-yandi
Oxunma sayı: 1786

Türkiyənin Konya əyalətinin Beyşehir rayonunda ov tüfəngi istehsal edən silah zavodunda yanğın baş verib.

“Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın ilkin olaraq zavodun damında başlayıb. 

Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.