Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

turkiyede-sosial-sebekelere-giris-mehdudlasdirildi
Oxunma sayı: 3183

Türkiyə sakinləri İnstaqram, Yutub, Tvitter, Feysbuk kimi məşhur sosial şəbəkələrə daxil olmaqda çətinlik çəkir. “Qafqazinfo” bildirir ki, bu barədə Downdetector” saytında məlumat verilib.

“RİA Novosti” yazır ki, bu, İdlibdə onlarla türk hərbçisinin şəhid olmasından sonra baş verib. Məlumatda deyilir ki, Ankara daha əvvəl də sosial şəbəkələrə girişi məhdudlaşdırırdı, lakin bu, böyük terror aktlardan sonra baş verirdi.

Xatırladaq ki, daha əvvəl İdlibdə Bəşər Əsəd rejimi qüvvələri Türkiyə Silahlı Qüvvələrinin əsgərlərinə hücum edib. Nəticədə Türkiyənin 29 əsgəri şəhid olub. Türkiyə ordusu qarşı tərəfin mövqelərinə cavab zərbələri endirib.