Türkiyədə universitetə qəbul oldu, xəstəliyinə görə gedə bilmir

turkiyede-universitete-qebul-oldu-xesteliyine-gore-gede-bilmir
Oxunma sayı: 4207

Aytac Səfərəliyeva 2004-cü ildə anadangəlmə genetik xəstəliklə doğulub. 

Gənc qızın nənəsi Elmira Səfərəliyeva “Qafqazinfo”ya bildirib ki, hazırda Aytac Türkiyə Akdeniz Universitetinin Hüquq Fakültəsinin 1-ci kurs tələbəsidir.

Amma xəstəlik səbəbindən təhsil almaq üçün ora gedə bilmir: “2 yaş 9 aylıq ikən ona ferment çatışmazlığı ilə müşayiət olunan genetik böyrək xəstəliyi (Birincili hiperoksaluriya 1. Tip) diaqnozu qoyulub. Aytac 2007-ci ildə açıq böyrək əməliyyatı edilib və böyrəyindən 12 mm ölçüsündə daş çıxarılıb. Hazırkı vəziyyəti isə hər iki böyrəyin üçüncü dərəcəli hidronefrozu ilə ağırlaşmış xroniki böyrək çatışmazlığıdır”.

Nənəsi bildirib ki, Aytac Ukrayna, İran, Türkiyə, Rusiya və Almaniyada müalicə edilib. Lakin heç yerdə tam müalicənin mümkünlüyü ilə bağlı söz verilməyib. İndi isə bu xəstəliyin müalicəsi üçün lazım olan dərman Almaniyada tapılıb. Nənənin sözlərinə görə, “Oxlumo” adlı dərmanın qiyməti isə 80.000 avro, yəni 153,320 manatdır: “Aytacı hara olsa apardım ki, dərdinə dərman tapılsın. Dəfələrlə əməliyyatlar, müalicələr olsa da, həkimlər deyirdilər ki, bu xəstəlik genetik olduğuna görə tam müalicəsi yoxdur.

Almaniyada onun xəstəliyinin müalicəsi üçün lazım olan dərmanın olduğunu biləndən yerə-göyə sığmıram. 14 ildir ki, bu günü gözləyirdik. Belə bir dərman olsun və biz Aytacı müalicə etdirək. İndi müalicə tapılıb, amma biz apara bilmirik. Elə məni ən çox incidən də budur. Çünki Almaniyaya gediş-gəliş xərcləri, xəstəxana və müalicə xərcləri də var. Təxmini hesablamalarımıza görə, təkcə bunun üçün bizə 20.000 avro, yəni təxminən 38 000 manat pul lazımdır. Mənə kömək lazımdır. Mən balamı itirə bilmərəm. 17 yaşlı Aytacın sizin köməyinizə ehtiyacı var. Artıq 10 min manat yığılıb. Çox şükür yardım edənlər var. Amma Aytacın sağalması üçün bu, çox azdır”.

Elmira Səfərəliyeva sözügedən dərmanın və gediş-gəliş xərclərini qarşılamaqda kömək edilməsi məqsədilə redaksiyamıza bank rekvizitlərini də təqdim edib:

Lamiyə Məmmədova