Türkiyədə üzərində bomba olduğunu deyən şəxs zərərsizləşdirildi - Foto

turkiyede-uzerinde-bomba-oldugunu-deyen-sexs-zerersizlesdirildi
Oxunma sayı: 1846

Qaziantep Polis Şöbəsinin qarşısında "Üstümə bomba var" deyə qışqıran və polisin xəbərdarlığına baxmayaraq oradan uzaqlaşmayan şəxs vurularaq zərərsizləşdirilib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, dəfələrlə güllə yarası alan şəxs yerə yıxılıb. Hadisədən sonra bomba zərərsizləşdirmə qrupları xüsusi paltarlarını geyinərək həmin şəxsin üzərini axtarmağa başlayıblar. Onun üzərində və yerdə qoyduğu çantada heç bir partlayıcı maddə aşkar edilməyib.

Zərərsizləşdirilən şəxs yaralı halda xəstəxanaya çatdırılıb. 

Şübhəlinin kamikadze olması ehtimalı səbəbindən yol iki tərəfli nəqliyyata bağlanıb, ətrafa toplaşanlar oradan uzaqlaşdırılıb. Bölgədə geniş təhlükəsizlik tədbirləri davam etdirilir. 

Xatırladaq ki, İŞİD terror təşkilatı 2016-cı il mayın 1-də polis bölməsinə bomba yüklü avtomobillə hücum etmiş, 3 polis şəhid olmuşdu.