Türkiyədə yük maşını minik avtomobili ilə toqquşdu - Ölənlər var

turkiyede-yuk-masini-minik-avtomobili-ile-toqqusdu
Oxunma sayı: 1202

Türkiyənin Malatya şəhərinin Akçadağ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəza Kayseri-Malatya şosesinin Muratlı məhəlləsi ərazisindən keçən hissəsində olub.

Minik avtomobili ilə TIR-ın toqquşması nəticəsində altı nəfər həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.