Türkiyədə zəlzələ zamanı ölənlərin sayı artdı - Yenilənib

turkiyede-zelzele-zamani-olenlerin-sayi-artdi
Oxunma sayı: 4463

İran-Türkiyə sərhəddində baş verən güclü zəlzələ nəticəsində Vanda 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib.

O, ölənlərdən 3-nün uşaq olduğunu bildirib. Bundan başqa, dağıntılar altında olanlar var.

Qeyd edək ki, səhər saatlarında İran-Türkiyə sərhəddində 5,9 bal gücündə zəlzələ olub.

***

İran-Türkiyə sərhəddində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 8-ə çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. O, yaralıların sayının 21 nəfərə yüksəldiyini açıqlayıb.