Türkiyədə 53 mindən çox insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərin yeni görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülər Doğanşehir Dövlət Xəstəxanasının təhlükəsizlik kameraları ilə çəkilib.
Kadrlarda xəstə yaxınlarının və xəstəxana personalının zəlzələ zamanı qaçmağa çalışması əks olunub. Bundan başqa, havanın qarlı-şaxtalı olması səbəbilə zəlzələdən sonra yataq örtükləri götürmək üçün xəstəxanaya daxil olanların afterşoklar zamanı qaçmağı da kameralarla görüntülənib.
Xatırladaq ki, 2023-cü il fevralın 6-sı saat 04:17-də Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb.
Zəlzələ nəticəsində 53 537 nəfər həlak olub, 107 213 nəfər isə müxtəlif xəsarətlər alıb. Yeraltı təkanlar zamanı 39 minə yaxın bina dağılıb. Bunlardan 26 minində axtarış-xilasetmə işləri aparılıb. Ölənlər arasında 4 azərbaycanlı tələbə də olub.
Son xəbərlər
Son Xəbərlər