Türkiyəli aktyorun evində 35 minlik oğurluq

turkiyeli-aktyorun-evinde-35-minlik-ogurluq
Oxunma sayı: 1116

Türkiyənin tanınmış aktyoru Sercan Badur oğurluq hadisəsi ilə qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin İstanbuldakı evindən nişan üzüyü daxil olmaqla 35 min lirəlik zinət əşyası oğurlanıb. Aktyor Levent Polis Şöbəsinə gedərək, yataq otağının talan edildiyini deyib.

Badur 7 lüks saat, 1 telefon və qızıldan hazırlanan nişan üzüyünün oğurlandığını bildirib.

Sercan küçədəki təhlükəsizlik kameralarına baxdığını, naməlum şəxslərin mənzilə 19:45-də daxil olduğunu söyləyib. 

Faktla bağlı araşdırma başlanılıb.