Türkiyəli məşhurlar Bakıya toya gəldi - Video

turkiyeli-meshurlar-bakiya-toya-geldi
Oxunma sayı: 11830

Türkiyə şou-biznesinin məşhur simaları Bakıya gəlib.

"Qafqazinfo" xəbər verir ki, söhbət Nihat Doğan, Ebru Yaşar və Doğuşdan gedir.

Müğənnilərin Bakıda keçirilən dəbdəbəli toyların birində iştirak etdiyi bildirilir. Toyda səhnə alan ifaçılar arasında Azərbaycan şou-biznesindən Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxanla yanaşı, Zamiq Hüseynov və Namiq Qaraçuxurlu da var.