Türkiyəli nazirin avtomobili saxlanıldı - Rotterdamda

turkiyeli-nazirin-avtomobili-saxlanildi
Oxunma sayı: 4342

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın avtomobili Hollandiya polisi tərəfindən saxlanılıb.

Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Rotterdamdakı baş konsulu Sadin Ayyıldız bildirib.

Baş konsulun sözlərinə görə, nazirin avtomobili polis tərəfindən saxlanılıb. Konsul Sadin Ayyıldız özünün də nazirin yanına buraxılmadığını vurğulayıb.

Konsulluğun qarşısında olan türklər isə etirazlarını İstiqlal Marşını oxuyaraq bildiriblər.  

Bundan əlavə, nazirin səfərini işıqlandırmaq üçün Almaniyada Hollandiyaya səfər edən “Anadolu” və TRT-nin jurnalistləri polis tərəfindən saxlanılıb. Onlardan ölkəni tərk edib Almaniyaya qayıtmaqları istənilib.

Qeyd edək ki, Hollandiya hökuməti Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kaya Hollandiyaya avtomobillə səfər edəcəyini bəyan edib.