Türklərin bəyənmədiyi qıza amerikalılar sahib çıxdı - Fotolar

turklerin-beyenmediyi-qiza-amerikalilar-sahib-cixdi
Oxunma sayı: 7681

Türkiyə moda dünyasında bəyənilməyən 21 yaşlı Günce Gözütok ABŞ-da uğur əldə edib.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, Türkiyədə təxminən 1 il model kimi fəaliyyət göstərən gənc qız o ərəfədə verdiyi reportajlardan birində türk marka və dizaynerlərin ya ucuz qiymətə razılaşan xarici modellərə, ya dabu sahədə məşhur olmuş şəxslərlə işləməyə üstünlük verdiklərini, buna görə də iş tapmadıqlarını söyləyib.

“Mənim üçün çox zəif, çox qara, nərmə-nazik deyirlər. Halbuki bədən ölçülərim dünya standartlarındadır” deyən Günce Gözütok haqqında tam 1 il sonra “New York Magazine”də “Bu qıza fikir verin. Günce Nyu-York Moda Həftəsində ən çox məşhur ola biləcək modellərdən biri olacaq” deyə yazılıb. Beləliklə də, öz ölkəsində bəyənilməyən model Nyu-Yorkda beynəlmiləl bir model kimi formalaşmaq yolunda irəliləməyə başlayıb.