Tvitter Trampın Corc Floydla bağlı çıxışını sildi

tvitter-trampin-corc-floydla-bagli-cixisini-sildi
Oxunma sayı: 1351

Tvitter sosial şəbəkəsinin rəhbərliyi ABŞ Prezidenti Donald Trampın polis tərəfindən boğularaq öldürülən Corc Floyda həsr olunmuş çıxışının videosunu silib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin seçki qərargahının tvitter hesabında açıqlama verilib. Qərargah bu hərəkəti tvitter və şirkətin baş icraçı direktoru Cek Dorsi tərəfindən tətbiq olunan senzura aktı kimi qiymətləndirib.

“Tvitter və Cek Prezidentin birliyə çağıran möhtəşəm mesajını senzuraya uğratdı”,- deyə qərargahdan bildirilib. Bundan əlavə, seçki qərargahı sözügedən videonun yutub keçidini də paylaşımda yerləşdirib.