Tvitterdə qeydiyyatdan keçən hər bir azərbaycanlı Prezidenti izləyir

tvitterde-qeydiyyatdan-kecen-her-bir-azerbaycanli-prezidenti-izleyir
Oxunma sayı: 6431

Son bir ayda Prezident İlham Əliyevin Tvitter mikrobloqundakı hesabının izləyiciləri 320 min artıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə ekspert Osman Gündüz məlumat paylaşıb.

Statistik məlumatlara görə, sentyabrın 20-dən sonra Prezidentin hesabında izləyicilər sürətlə artmağa başlayıb. Hazırda İlham Əliyevin Azərbaycan dilində paylaşımlar etdiyi hesabını 620 mindən çox insan izləyir.

Azərbaycan Ordusu sentyabrın 27-dən işğal altında olan torpaqların azad edilməsi üçün başlatdığı əks-hücum əməliyyatının nəticələri barədə Prezident həmin hesabında məlumatlar paylaşır.

Qeyd edək ki, Tvitterin Azərbaycan seqmentində təxminən 600 min izləyici var. Yəni, Tvitterdə qeydiyyatdan keçən hər azərbaycanlı Prezidentin hesabını izləyir.