Bakının Nərimanov rayonunda bir neçə ay öncə tikilən qeyri-yaşayış obyektinin söküntüsünə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, rayonun Ağa Nemətulla və Yusif Vəzir Çəmənzəminli küçələrinin kəsişməsində köhnə tikililərin üzərində 3 mərtəbəli bina tikilib. Tikintiyə təxminən 3 ay öncə başlanılıb və binanın üçüncü mərtəbəsi yekunlaşdıqdan sonra rəsmi qurumlar tərəfindən tikintiyə qadağa qoyulub.
Qeyri-yaşayış obyekti hazırda fəaliyyət göstərən köhnə tikililərin ətrafında beton divarlar quraşdırılmaqla tikilib və tikinti zamanı da həmin dükanlar normal qaydada fəaliyyətini davam etdirib.
Həmçinin oxuyun: Ticarət Mərkəzinin yandırıldığı məlum oldu, amma yandıran tapılmadı - Video
Bakıda kriminal aləm üzvü həyətində güllələnib öldürüldü - Özəl foto
Lakin üçüncü mərtəbə tikildikdən sonra məlum olub ki, binanın yalnız bir mərtəbə tikilməsinə icazə verilib. Bundan sonra qeyri-yaşayış obyektinin sökülməsinə qərar verilib. Artıq tikilinin söküntüsü davam edir.
Foto: Pərvin Zeynal




Son xəbərlər
Son Xəbərlər