Ucarda minik və yük maşınları toqquşdu- - 5 ölü

ucarda-minik-ve-yuk-masinlari-toqqusdu-
Oxunma sayı: 1651


“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 17:00 radələrində Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsindən qeydə alınıb. 

Sürücüsü hələlik məlum olmayan “VAZ-21099” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində minik avtomobilində ikisi azyaşlı olmaqla 5 nəfər ölüb. 

Faktla bağlı Baş Dövlət Yol Polisinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.