Üçtərəfli İşçi Qrupun iclası ilə bağlı daha bir açıqlama

ucterefli-isci-qrupun-iclasi-ile-bagli-daha-bir-aciqlama
Oxunma sayı: 2099

“Rusiya, Ermənistan və Azərbaycanın nəqliyyat kommunikasiyalarının açılması üzrə Üçtərəfli İşçi Qrupu məhsuldardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

Onun sözlərinə görə, tərəflər bir sıra məsələlərdə konsensusa gələ biliblər, lakin fikir ayrılıqları da var: “Ermənistan, Azərbaycan və Rusiya Baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupun fəaliyyəti birmənalı olaraq məhsuldardır. Alt qrup mütəxəssisləri çox iş görüblər. Konsensuslar var, lakin görüşlərimiz zamanı həll yollarını tapmağa çalışdığımız fikir ayrılıqları da var”.

Qriqoryan, həmçinin İşçi Qrupun növbəti görüşünün tarixinin yaxın vaxtlarda razılaşdırılacağına əmin olduğunu bildirib.