Ukraynada azərbaycanlı kişi uşağının gözü önündə güllələnib

ukraynada-azerbaycanli-kisi-usaginin-gozu-onunde-gullelenib
Oxunma sayı: 8578

Aprelin 24-də Dneprin mərkəzində 42 yaşlı Məmmədov Anar Xudakərim oğlunu güllələyib hadisə yerindən qaçan killerin şəxsiyyəti müəyyən olunub.

“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, qətli törədən şəxs 28 yaşlı Yusifov Cabbar Asif oğludur. O, təhlükəsizlik kameralarına düşüb. Hazırda Cabbarın axtarışına başlanılıb.

Qeyd edək ki, aprelin 24-də killer Dneprin Kilsə meydanında Anar Məmmədovu ona məxsus “Land Cruiser” markalı avtomobilində güllələyib və hadisə yerindən qaçıb.

A.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Hadisə baş verərkən avtomobildə Anar Məmmədovun azyaşlı oğlu da olub.