Ukraynada Bakı ermənisi olan nazir istefa verdi

ukraynada-baki-ermenisi-olan-nazir-istefa-verdi
Oxunma sayı: 3270

Ukraynanın daxili işlər naziri Arsen Avakov istefa verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Avakovun istefa ərizəsinə yaxın vaxtlarda Ukrayna parlamentində baxılacaq.

Qeyd edək ki, Arsen Avakov 2014-cü ildən daxili işlər naziridir. O, əvvəlki hökumətin yeni kabinetdə qalan iki nazirindən sonuncusudur.

Xatırladaq ki, Arsen Avakov Bakıda anadan olub. Milliyyətcə ermənidir.