Ukraynada hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçan kişilərin sayı açıqlandı

ukraynada-herbi-xidmetden-yayinmaq-ucun-olkeden-qacan-kisilerin-sayi-aciqlandi
Oxunma sayı: 5127

Rusiya ilə müharibə şəraitində olan Ukraynada 2022-ci ilin fevralından 2023-cü ilin avqustuna qədər 20 min kişinin hərbi xidmətdən yayınmaq üçün ölkədən qaçdığı məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkəni tərk edən ukraynalı kişilər qeyri-qanuni yollarla qonşu ölkələrə keçiblər.

Bildirib ki, həmin müddət ərzində qaçmağa çalışan 21 min 113 kişi tutulub.

Vurğulanıb ki, Ukraynanın Moldova ilə 1200 kilometrlik sərhədi Ukraynadan qaçmağa çalışan kişilərin ən çox istifadə etdiyi marşrutlardan biri olub. Həmçinin, 11 min ukraynalı Moldovaya qanunsuz keçib.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra 18-60 yaş arası ukraynalı kişilərin ölkədən çıxışına qadağa qoyulub.