“Ukraynada ölən uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil”

ukraynada-olen-usaqlarin-faktiki-sayini-mueyyen-etmek-mumkun-deyil
Oxunma sayı: 2191

 “Rusiya Federasiyasının Ukraynaya təcavüzü başlayandan indiyədək 220 uşaq ölüb, 406 uşaq yaralanıb”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri aprelin 16-da Ali Radanın İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova Məhkəməyəqədər Araşdırmaların Vahid Reyestrinin məlumatlarına, eləcə də təsdiqlənməsi zəruri olan digər mənbələrə istinadən deyib.

“İşğalçı qüvvələrin Ukrayna şəhərlərində aktiv döyüşlər aparması səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil”, -deyə Denisova qeyd edib.