“Ukraynaya qayıdıb, əlimdən gələni edəcəyəm”- - Yanukoviç

ukraynaya-qayidib-elimden-geleni-edeceyem-
Oxunma sayı: 3313


“Qafqazinfo” RBK-yə istinadən xəbər verir ki, Yanukoviç bu barədə Rusiyanın “Birinci kanalı”na müsahibəsində bildirib. O, Ukrayndakı etiraz dalğasına rəhbərlik etmək istəsə də, sonradan bu fikrindən daşınıb:

“İmkan düşən kimi Ukraynaya qayıdıb ölkədəki vəziyyəti yaxşılaşdırmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm, vəziyyətə nəzarət lazımdır. Hazırda əsas məsələ müharibənin dayandırılmasıdır”.

Keçmiş dövlət başçısı qeyd edib ki, Ukrayanada olmadığı müddətdə oraya öz adamlarını göndərərək vəziyyətin “monitorinqini” aparıb. 

Yanukoviç etiraz dalğasına rəhbərlik etmək fikrindən daşınmasını öz şəxsi həyatına olan təhlükəylə əlaqələndirib:

“Maydan”dan sonra Ukraynadakı həyat tamamilə dağıdıldı. Ərazi itkisi, insan ölümü, haqsızlıq-bütün bunlar hazırki hakimiyyətin qazandıqlarıdır...”

Qeyd edək ki, Viktor Yanukoviç Ukraynanı ötən ilin fevralında tərk edib. O, bu hadisədən sonra iki dəfə Rostovda mətbuat konfransı təşkil edib. Amma rəsmi Kreml Yanukoviçə Rusiya vətəndaşlığı verilməsi xəbərini inkar edir. 

Yanvardan Yanukoviç İnterpol xətti ilə axtarışa verilib.