“Ulu öndərin məzarını ziyarət üçün mənə şərait yaradın”- - Bəxtiyar

ulu-onderin-mezarini-ziyaret-ucun-mene-serait-yaradin-
Oxunma sayı: 4382


Həbsdə olan keçmiş NİDA-çı Bəxtiyar Quliyev Ədliyyə Nazirinin müavini, Penitensiar Xidmətin rəisi general-leytenant Mədət Quliyevə məktub yazıb.

"Qafqazinfo" azvision.az-a istinadən xəbər verir ki, B.Quliyev məktubunda törətdiyi cinayət əməlinə görə, peşman olduğunu bildirib.

O, mərhum prezident Heydər Əliyevin məzarını ziyarət etmək istədiyini qeyd edərək M.Quliyevdən buna şərait yaradılmasını xahiş edib.

Xatırladaq ki, B. Quliyev prezidentə də əfv olunması üçün müraciət ünvanlamışdı.