Ürəyi 45 dəqiqə dayanan qadın danışdı - “Deyirlər, 2 dəfə olub”+Video

ureyi-45-deqiqe-dayanan-qadin-danisdi
Oxunma sayı: 1556

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan və 45 dəqiqəlik mübarizədən sonra həyata qaytarılan qadın danışıb.

“Qafqazinfo”nun məlumatına görə, 6 uşaq anası Sevinc Əliyeva bildirib ki, bir müddət əvvəl öd kisəsindəki daşa görə əməliyyat olunub:

“Beş gün xəstəxanada yatdım. Səhəri günü çıxacaqdım. Birdən-birə o vəziyyətə düşmüşəm. Həkimlər deyir ki, 45 və 15 dəqiqə 2 dəfə olub. 3-4 gündən sonra da özümə gəlmişəm”.

Qeyd edək ki, 45 dəqiqə dayanmadan xəstənin həyatını xilas etmək üçün mübarizə aparan həkim xəstəxananın anestezioloq-reanimatoloqu Jalə Müslümova olub.

Ətraflı APA TV-nin süjetində: