Uşaq 2 gün meşədə qalıb... - Vəziyyəti yaxşı deyil + Fotolar

usaq-2-gun-mesede-qalib
Oxunma sayı: 3270

Avqustun 28-də Qubada xınayaxdı mərasimində yoxa çıxan 5 yaşlı Natiq Əliyev tapılıb.

Bu barədə  “Qafqazinfo”ya ailənin yaxınları məlumat verib. 

Qeyd edək ki, hadisə Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində baş verib. 

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, uşaq bu gün meşədə tapılıb:

"Hazırda vəziyyəti yaxşı deyil və həkim nəzarəti altındadır. Hər hansı bir qaçırılma faktı yoxdur. Özü gəzə-gəzə meşəyə gedib, sonra da qayıtmaq üçün yolu tapmayıb. Bir çuxurda paltarlarını başının altına qoyub yatıb. Orada olan FHN əməkdaşları və kənd camaatı uşağı tapıb. Hazırda Qubanın Mərkəzi Xəstəxanasındadır".

***

DİN açıqlamasında qeyd edib ki, ikigünlük gərgin axtarışlar öz bəhrəsini verib. Bu gün, yəni avqustun 30-da saat 9 radələrində N.Əlizadə meşə zolağının 6 kilometr dərinliyində tapılıb. O, zəruri tibbi yardım göstərilməsi üçün dərhal Rayon Mərkəzi Xəstəxanasına gətirilib və burada müvafiq müayinələrdən keçirilib.

İki gün ərzində ac-susuz, köməksiz vəziyyətdə qalmış azyaşlı ailələrinə təhvil verilib.

 

Günel Hacı

Fotolar: APA