“Üzr istənilməli heç nə yoxdur” - Bayülgendən açıqlama+Video

uzr-istenilmeli-hec-ne-yoxdur
Oxunma sayı: 8190

Okan Bayülgen Azərbaycandan olan qonaqların iştirakı ilə yayımlanan “Muhabbet Kralı” verilişində yaranan anlaşılmazlığa aydınlıq gətirib.

"Qafqazinfo" xəbər verir ki, o, əvvəlcə Azərbaycanın Xalq artisti Azərinin “Azəri deməyin, Azərbaycan türkcəsi deyin” deyə irad tutduğu məsələyə münasibət bildirib. Bayülgen qeyd edib ki, o, izləyiciləri məlumatlandırmaq üçün nə üçün azəri deyilməməlidir, Azərbaycan türkü deyilməli olduğunu soruşub.

O.Bayülgen ardınca Xalq artisti Alim Qasımov və qızı, Əməkdar artist Fərqanə Qasımovanın verilişdə qonaq olduğu zaman yaşanan anlaşılmazlığa aydınlıq gətirib. Aparıcının sözlərinə görə, o, bilərəkdən belə bir sual vermədiyini deyib. Bayülgen fikirlərinin fərqli yöndə yozulduğunu qeyd edib.

"Üzr istəmək lazımdırsa, üzr istəyərəm. Amma məndən soruşsaz, üzr istənilməli heç nə yoxdur", deyə o, bildirib.