Vaksinasiya ilə bağlı son statistika

vaksinasiya-ile-bagli-son-statistika
Oxunma sayı: 1583

Azərbaycanda son sutkada koronavirus əleyhinə 366 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə 115 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 383 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 409, ikinci mərhələ üzrə isə 4 323 260 nəfər təşkil edir.