Vaksinasiya ilə bağlı son vəziyyət

vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1422

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 896 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 272, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 254, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 112, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 258 nəfərdir.