“Valentino”nun sahibi olan birinci xanım – Fotosessiya

valentinonun-sahibi-olan-birinci-xanim-fotosessiya
Oxunma sayı: 1566

Şeyxa Moza bint Nasir əl-Misnəd Qətər dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Taniyənin üç arvadından ikincisidir. "Forbes" jurnalı 2 dəfə xanım Mozanı dünyanın 100 ən güclü qadınından biri elan edib.

Şeyx xarici səfərlərinin çoxuna məhz bu xanımı ilə gedir. Digər xanımlarından fərqli olaraq, Şeyxa Moza uzun çadra geyinmir və üzünü örtmür. Onun adı dəfələrdə "Dəb ikonu" sayılan Jaklin Kennedi, Qreys Kelli, Mişel Obama, Karla Bruni kimi birinci xanımlarla bir çəkilir.

Dəblə geyinməyi xoşlayan Şeyx Mozanın qarderobunda “Valentino", "Chanel", "Prada", "Yves Saint Laurent", "Balenciaga" kimi markaların geyimləri var. Geyimləri Şərq üslubuna elə uyğunlaşdırır ki, dəb mütəxəssisləri belə, bu kombinasiyaya heyran qalır.

Amerikanın dəbli "Vanity Fair" jurnalı Mozanı dəfələrlə dünyanın ən yaxşı geyinən birinci xanımları siyahısına əlavə edib.

54 yaşı olmasına baxmayaraq, Şeyx Moza hər zaman şarmlı və cazibədar görünür. Moza 5 oğlan və 2 qız olmaqla, 7 övlad anasıdır.