Valideynlərindən gizli sürdükləri maşında ölən yeniyetmə qardaşların - Fotoları

valideynlerinden-gizli-surdukleri-masinda-olen-yeniyetme-qardaslarin
Oxunma sayı: 2439

Xəbər verdiyimiz kimi, Neftçalada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınan qəzada kənd sakinləri – 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu hadisə yerində həyatlarını itiriblər.

Məlumata görə, mərhum qardaşlar Bakı şəhərində ailələri ilə birlikdə yaşayırmış. Onlar bayram münasibətilə kəndə qonaq gəliblər. Ailənin qəzada ölənlərdən başqa övladı yoxdur.

Səhər saatlarında kəndi gəzmək istəyən qardaşlar valideynlərinə xəbər vermədən avtomobilə əyləşiblər. Nəticədə baş verən faciə onların həyatına son qoyub. 

Qeyd edək ki, həlak olan qardaşlardan biri 17, digəri isə 15 yaşında olub. Yəni onların heç birinin sürücülük hüququ olmayıb. Azərbaycanda minik avtomobillərinə sürücülük hüququ almaq üçün minimum yaş həddi 18-dir.

Həmin qardaşların fotolarını təqdim edirik:

Surxay Şahbazov