Laqosdan Vaşinqtona uçan “United Airlines”a məxsus təyyarə nasazlıq səbəbindən geri qayıdıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, eniş zamanı 6 nəfər ağır, daha 32 nəfər yüngül xəsarət alıb.
Təyyarədə ümumilikdə 245 sərnişin və 11 ekipaj üzvü olub. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, bəziləri xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəblərinin araşdırılması davam etdiriləcək.
Son xəbərlər
Son Xəbərlər