Vətən müharibəsi qazisi Türkiyədə vəfat etdi - Foto

veten-muharibesi-qazisi-turkiyede-vefat-etdi
Oxunma sayı: 3833

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın bədbəxt hadisə nəticəsində öldüyü bildirilib.

Vətən müharibəsində iştirakına görə bir neçə medalla təltif edilmiş Orxan Mürtəzov evli və iki azyaşlı qız atası olub.

Mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana gətiriləcək.