Vilayət Eyvazov generalı təqaüdə göndərdi

vilayet-eyvazov-generali-teqaude-gonderdi
Oxunma sayı: 12469

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyev vəzifəsindən azad olunub.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.