VİP-də yer ayrılsa da, azarkeşlərlə birgə izlədi - Əkbərin ən özəl günü+Video

vip-de-yer-ayrilsa-da-azarkeslerle-birge-izledi
Oxunma sayı: 2387

“Qarabağ” FK-nın prezidenti Tahir Gözəl “Qarabağ” - “Ayaks” oyununu sığınacaqda tək izləyən Əkbərlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sığınacağın instaqram səhifəsində görüntülər paylaşılıb.

“Əkbərin “Qarabağ” sevgisi. “Qarabağ” FK-nin prezidenti Tahir Gözəl Əkbəri o qədər gözəl qarşıladı ki... Sığınacağımın ağıllı balası sonunda ən böyük arzusuna çatdı”, - deyə paylaşımda qeyd edilib.

Bildirilib ki, ona VİP ərazidə yer ayrılsa da o, oyunu azarkeşlərlə bərabər izləməyi seçib.