Visokopolyedə Ukrayna bayrağı qaldırıldı - Foto

visokopolyede-ukrayna-bayragi-qaldirildi
Oxunma sayı: 2400

Ukrayna ordusu Xerson vilayətinin Visokopolye qəsəbəsini rusiyalı hərbçilərdən azad edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidentinin ofisinin rəhbərinin müavini Kirill Timoşenko öz feysbuk hesabında paylaşıb.

Timoşenko, həmçinin Visokopolye qəsəbəsində Ukrayna bayrağının qaldırıldığını bildirib və bununla bağlı foto paylaşıb.

Bununla yanaşı, Ukrayna mediası Donetsk vilayətinin Ozernoe kəndinin də azad olunduğunu yazır.