Vladivostok rəsmən Primorsk diyarının paytaxtı oldu

vladivostok-resmen-primorsk-diyarinin-paytaxti-oldu
Oxunma sayı: 1670

Primorsk diyarının Qanunverici Məclisinin deputatları Vladivostokun bölgənin paytaxtı statusunu aldığı qanun layihəsini son oxunuşda təsdiqləyiblər. “Qafqazinfo”nun xəbərinə görə, bu barədə Primorsk parlamentinin rəsmi saytında məlumat verilib. 

Qeyd olunur ki, ötən il Uzaq Şərq Federal Dairəsinin mərkəzinə çevrilən Vladivostok indi rəsmi olaraq Primorskın paytaxtıdır.

Vladivostok Dumasının sədri Andrey Brik bildirib ki, belə bir status Vladivostoka infrastrukturun inkişafı üçün əlavə maliyyələşməyə, şəhərin federal və beynəlxalq tədbirlərdə iştirak etmək üçün imkanlar yaratmasına və digər üstünlükləri təmin etməsinə imkan verəcək.